Siyasət

Prezident İlham Əliyev məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanda dəyişiklik edib

10 İyun 2019 17:40
Baxış: 1 655

Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir kİ, fərmanda qeyd edilir ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə "40,0 (qırx)" sözləri "60,0 (altmış)" sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə "22,0 (iyirmi iki)" sözləri "33,0 (otuz üç)" sözləri ilə əvəz edilsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.