Siyasət

Ermənilər etiraf etdilər: cəbhədə snayperlərə "Vur!" deyilib

10 İyun 2019 14:06
6 Şərh     Baxış: 3 814

"Onlar qisasımızı aldılar. Hər birini təbrik edirəm". Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovvanisyan Facebook-dakı səhifəsində belə yazıb. O, iyunun 1-də Dağlıq Qarabağda cəbhə xəttində güllə yarasından ölmüş Sipan Melkonyanın "qisasını alan" erməni hərbçilərin dövlət mükafatlarına təqdim olunduğunu vurğulayıb.

Təqdimatı Ermənistanın müdafiə naziri David Tonoyan edib.

İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Ermənistanın Müdafiə Nazirliyi bunu "qisasın alınması" kimi təqdim edir.

Elşən Xəlilovun şəhid düşməsini "qisas" adlandıran Ermənistan hakimiyyəti növbəti dəfə maskasını bir kənara ataraq kimlərdən ibarət olduğunu, mahiyyətini və məqsədlərini göstərdi.

Azərbaycan XİN-nin bu olayla bağlı açıqlaması yetərincə konkret və sərtdir: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir".

Ermənistanın son bəyanatı çox açıq və aşkar şəkildə 4 müddəanı bir daha təsdiqlədi:

1. Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalında olan digər ərazilərində yerləşdirilmiş hərbi hissələr Ermənistan Müdafiə Nazirliyinə məxsusdur.

2. Azərbaycan ərazilərinin 20 faizini məhz Ermənistan işğal edib və qarabağlı erməniləri "milli müqəddaratın təyini", "dövlət müstəqilliyi" və s. kimi qışqırıqları mənasız sarsaqlamalar, yalanlardır.

3. Ermənistan danışıqlar prosesində stastus-kvonu saxlamaqla yanaşı, situasiyanı maksimum gərginləşdirməyə çalışır.

4. Ermənistanın baş naziri Nikol Paşiyan bütün "sülhməramlı" bəyanatlarına rəğmən, ölkədəki ifrat millətçi, şovinist və irqçi hərbi-siyasi qruplaşmanın təsiri altında olan, xarici ölkələrdəki erməni diaspor təşkilatlarının mövqelərindən tam asılı marionetdir.

Yaşananlar, daha doğrusu, Ermənistan rəhbərliyinin xalqına yaşatdıqları əsla təsadüf deyil. Proseslər trivial səbəb-nəticə qanunauyğunluqları çərçivəsində cərəyan edir.

ATƏT MQ həmsdrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, hazırda  XİN rəhbərlərinin görüşü ərfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlatının məniqli, gözlənilən və konstruktiv məcrada davam etdirilməsini istəmir.

Ermənistan Müdafiə Nazirliyinin açıqlaması isə bir daha göstərir ki, hərbçimiz Elşən Xəlilov bilavasitə düşmən ölkənin müdafiə naziri David Tonoyanın "Vur!" əmrindən sonra hədəfə alınıb.

Bunun bir adı var - alçaqlıq, siyasi əxlaqsızlıq və rəzillik.

Eyni zamanda Nikol Paşinyanın yalançılığı və ya bivecliyi.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq iqtisadi formuda olarkən Nikol Paşinyan "Dağlıq Qarabağ münaqişəsi zonasında və cəbhə xəttində baş verən insidentlərə Ermənistan rəhbərliyinin heç bir aidiyyəti yoxdur: biz belə əmrlər və ya göstərişlər vermirik" demişdi.

Bu bəyanatdan cəmi bir neçə gün sonra Ermənistanın müdafiə nazirinin sözçüsü "qisas aldıq" yazır.

Belə çıxır ki, Nikol Paşinyan nazirlərin nə etmələrindən bixəbərdir və İrəvandakı hakimiyyətdə çox pis pərdələnmiş hərc-mərclikdir. Yox əgər əksidirsə, onda Nikol Paşinyan ağ yalan danışır, cəbhə xəttindəki insidentlərə görə bilavasitə məsuliyyət daşıyır və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsinə yönəlmiş danışıqlar prosesində oyunçuluq edir, "sülhməramlı" olduğunu imitasiya edir.

Fəqət, Nikol Paşinyan çox pis aktyor, Ermənistandakı hakimiyyət isə yaramaz əyalət truppasıdır. Nədən ki, ifraz olunan aqressiya, söylənən yalanlar artıq nə ATƏT-in Minsk Qrupunun həmsədrlərini, nə də dünya birliyini aldada bilmir.

Avropa İttifaqı və ABŞ "soyuqqanlı" adlandırdığı davranışla guya aldandığını göstərir - fəqət İrəvanın hər yalanı Qərbin Ermənistan qarşısında qoyduğu şərtlərin və tələblərin daha da ağırlaşmasına səbəb olur.

Belədə Qərb də ikiüzlü, çoxsaylı standartlara söykənən yarıtmaz siyasətinə son qoymalı, Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların yenidən başlanmasını istəmirsə, mənasız söz yığını olan bəyanatlardan real, əməli işə keçməlidir.

Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin qarşısı sərt təpkilərlə alınmazsa, münaqişənin çözülməsinə yönəlmiş danışıqların sabotaj edilməsinə son qoyulmazsa, Azərbaycanın müharibədən savayı bir çıxış yolu qalmır.

Nədənmi?

Donuzu xoşnut etməklə o, darıdan çıxmaz.

Azərbaycan o donuzla davranmağın yolunu bilir. Sadəcə, Minsk Qrupunun imkanlarından real istifadəni gözləyirik.

Səbr isə sonsuz nəsnə deyil...

Elçin Alıoğlu
Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Serdar · 10 İyun 14:27110

    Allah, ümmətimizə, dinimizə və ordumuza güc versin, düşmənləri və paxılları rəzil etsin

    Cavab yaz
  • Anonim
    Maqa Sarkazm · 10 İyun 14:31160

    Indi bizim ne cur qisas alacagimizi gozleyirik sebirsizlikle en azi 10 diga

    Cavab yaz
  • Anonim
    Melek b · 10 İyun 14:32132

    Tanri sizleri qorusun Azerbaycan esgeri.Amin

    Cavab yaz
  • Anonim
    URUS · 10 İyun 16:1121

    Boz Börə coşur, ula çəkir. Çaqqallar ulasindan qorxur. Arxalarında ayı və qartal görüb börəyə təpinirlər, amma gecdi. Börə caqqallari parça-parca edir.

    Cavab yaz
  • Anonim
    Ibrehim · 10 İyun 16:4990

    Bizim snayperlerimiz susmamalidir, bashini qaldiran ermeni vurulmalidir...

    Cavab yaz
    • Anonim
      Qarabagli Aydin · 11 İyun 00:0830

      Men hemise serh yazanda demisdim indi de tekrar edirem donuzun burnu ovulmasa bostandan cixan deyil.Serefsiz tonoyanin ve nikol pasinyanin ve butun yanlarin burnu ovulmalidir ki torpagimizdan cixsinlar.BMT nin qetname ve qerarlarin vecine almirsa ATET - i hec saymirlar.meyer ATET BMT den nufuzlu teskilatdir ki.? Artiq hamiya melumdur ki bu qurum oyuncaq kimi bir seydir.eger bu olanlara goz yumurlarsa '' isgalci olkeyele isgala meruz qalan olkeye eyni gozle baxirlarsa bunlardan hec ne gozlemek lazim deyil.Gozden perde asmaqdir onlarin fealiyyeti..Basqa ad vere bilmirem .Yaxsi maliyye vesaiti alirlar. Biz terefde kabab yeyir digalar terefde de donuz yeyib sellenirler Aprel doyuslerinin davami gelmelidir ki Tonoyan kimi alcaqlar qelet eliyib cekilsin oz dagilmislarina. Artiq sebr kasasinin dasdigi an gelib catib !!!!!!!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.