Siyasət

Deputat: "Fransa məhkəməsinin qondarma DQR rejimi ilə bağlı qərarı təqdirəlayiqdir"

9 İyun 2019 10:34
Baxış: 550

Fransa məhkəməsinin separatçı Dağlıq Qarabağ rejimi ilə Fransanın Arnuvill şəhəri arasında qeyri-qanuni "Dostluq haqqında xartiya"nı ləğv etməklə bağlı qərarı təqdirəlayiqdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, bu fakt deməyə əsas verir ki, bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək:

"Əlbəttə, Fransa cəmiyyətində, o cümlədən də bu ölkənin məhkəməsində ermənilərin yalanlarına inamsızlıq nümayiş etdirilməsi heç də təsadüfi deyil. Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması, regional və qlobal əməkdaşlığın dərinləşməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha vacib rol oynaması ölkəmiz barəsində müsbət imicin möhkəmlənməsinə öz təsirini göstərir.

Ölkəmiz həmçinin öz həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin yalanlarının qarşısını almağa nail olur".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.