Siyasət

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

24 May 2019 21:12
Baxış: 674

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, ilk növbədə, Sizə dərin ehtiramımı bildirim və ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi diləyirəm.

Uzun illərdir ki, bizim regionlar arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondunun və Bakının Nərimanov rayonunun fəal iştirakı ilə Həştərxan vilayətində bizim region üçün əhəmiyyətli olan bir sıra investisiya layihələri həyata keçirilib. Həştərxan şəhərində Azərbaycan İşgüzar Mərkəzinin, iri logistik habın yaradılması Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi-ticari əlaqələrin spektrini əhəmiyyətli dərəcədə genişləndirir.

Bakı ilə Həştərxan arasında müntəzəm aviareyslərin bərpa edilməsi səmərəli qarşılıqlı fəaliyyətin növbəti parlaq nümunəsidir. Bu aviareyslər işgüzar fəallığı daha da stimullaşdıracaq, turizm əlaqələrini inkişaf etdirəcək və humanitar əməkdaşlığı genişləndirəcək. Bu layihə Sizin şəxsi dəstəyiniz sayəsində mümkün olub. Buna görə Sizə bütün həştərxanlılar adından dərin minnətdarlığımızı bildirirəm.

Səmimi qəlbdən ümid edirəm ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək.

XXX

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Biz Türkmənistanda Azərbaycan Respublikası ilə mehriban qonşuluq, hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan münasibətləri qardaş ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı əməkdaşlıq ruhunda durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm".

XXX

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən:

"Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı üçün ürəkdən gələn arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin davamlı olmasına marağını bir daha təsdiq etmək istərdim.

Əminəm ki, dövlətlərimiz arasındakı əməkdaşlığın inkişafı yüksələn xətlə davam edəcəkdir. Çünki bu münasibətlər sabit zəminə - xalqlarımız arasındakı dostluq əlaqələrinə əsaslanır.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Rusiyanın Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanovdan:

"Hörmətli cənab Prezident. Rusiyada yaşayan çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və milli bayramımız - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında aparılan əsaslı islahatları, ölkənin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan uğurları məmnunluqla izləyirik.

Əminəm ki, Sizin səyləriniz sayəsində Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm".

XXX

San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selvadan və Mişel Muratoridən:

"Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü - Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, səmimi qəlbdən xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah, inkişaf və firavanlıq diləyirik".

XXX

Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.