Siyasət

Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər

24 May 2019 15:34
0 Şərh     Baxış: 1 009

"Cənub Qaz Dəhlizi"nin ixrac gücü Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq deyib.

O bildirib ki, təbii ehtiyatların nəqli sahəsində uğurlu nümunə kimi Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini göstərmək olar:

"Bir sıra ölkələr bu vacib enerji layihəsinin inkişafında vacib rol oynayıb. Hazırda qaz "Cənub Qaz Dəhlizi" vasitəsilə Türkiyəyə daxil olur və biz səbrsizliklə Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmağını gözləyirik".

M.Sinqh əlavə edib ki, ABŞ resurslara etibarlı çıxış yaradan bütün enerji layihələrini dəstəkləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.