Siyasət

Valeh Ələsgərov: "Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı"

24 May 2019 12:42
Baxış: 623

"Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda enerji təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, o dövrdə səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı: "Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycanda həm enerji, həm də qida təhlükəsizliyi ilə təmin edilmirdi".

Sədr müavininin sözlərinə görə, Heydər Əliyev bütün bu problemlərin öhdəsindən gəldi.

V.Ələsgərov qeyd edib ki, investorlar üçün şərtlər aşağı salınmaqla əlverişli imkan yaradıldı: "Azəri-Çıraq layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.