Siyasət

Prezident İlham Əliyev Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib - FOTO

24 May 2019 12:01
Baxış: 720

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edildi.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışıldı, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edildi. Eyni zamanda, Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.