Siyasət

Səfir: "Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək"

22 May 2019 18:24
Baxış: 695

Qazaxıstanla Azərbaycan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişafını davam etdirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakıda mətbuat konfransında deyib.

Səfir bildirib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir və öz balanslaşdırılmış siyasətini milli maraqlarına uyğun olaraq davam etdirəcək:

"Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək. Ölkə tarixində ilk dəfə prezident vəzifəsinə qadın namizədliyini irəli sürüb. Seçkilərdə mindən çox beynəlxalq müşahidəçinin iştirakını gözləyirik. Azərbaycandan da müşahidəçilər dəvət olunub. Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində 40-dan çox nümayəndə yer alır".

O qeyd edib ki, Qazaxıstanın Bakıdakı səfirliyində vətəndaşların səs verməsi üçün 262 saylı səsvermə məntəqəsi açılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.