Siyasət

Nazir: "Estoniya Azərbaycanla əməkdaşlıq sahələrinin şaxələndirilməsində maraqlıdır"

22 May 2019 11:47
Baxış: 813

Estoniya Azərbaycanla əməkdaşlıq sahələrinin şaxələndirilməsində maraqlıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.

O bildirib ki, ölkələr arasında ikitərəfəli münasibətlər stabildir:

"Son illərdə biz yüksək səviyyəli görüşlər vasitəsilə siyasi əməkdaşlığın möhkəmlənməsinə nail olmuşuq. Parlamentlər arasında yaxşı əlaqələr qurulub. Yeni parlamentimizdə Estoniya-Azərbaycan parlamentlərarası qrup yaradılıb və əlbəttə ki, yaxşı əlaqələr davam etdiriləcək. Biz siyasi dialoqun fəallaşmasında və əməkdaşlıq sahələrinin şaxələndirilməsində maraqlıyıq".

Nazir əlavə edib ki, Azərbaycan və Estoniya İKT və təhsil sahəsində uğurla əməkdaşlıq edir, eyni zamanda iqtisadi münasibətlərin və ticarət dövriyyəsinin artımı üçün böyük potensial mövcuddur:

"Estoniya hökuməti "Şərq tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu təşəbbüsü fəal şəkildə təşviq edir. Avropa İttifaqı Azərbaycan üçün vacib tərəfdaşdır və biz Aİ ilə Azərbaycan arasında müsbət dinamikanı alqışlayırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.