Siyasət

Aşqabadda ATƏT-in regional seminarı işə başlayıb

21 May 2019 23:22
0 Şərh     Baxış: 419

Aşqabadda ATƏT-in "Regional qarşılıqlı iqtisadi əlaqələr yolunda - ticarətə və nəqliyyata yardımın milli mexanizmləri" mövzusunda regional seminar işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ATƏT-in Aşqabad Mərkəzinin Türkmənistan tərəfinin köməyi ilə təşkil etdiyi seminarda ATƏT-in, Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bundan əlavə, seminarda Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndələri, habelə beynəlxalq ekspertlər və başqa əlaqədar tərəflər iştirak edirlər.

Seminarın məqsədi gömrük mexanizmlərinin, rəqəmsallaşdırmanın və dövlət tərəfdaşlığının tənzimlənməsi vasitəsilə ticarətin sadələşdirilməsi, nəqliyyatın və tranzitin idarə olunması məsələlərini müzakirə etməkdir.

Seminar mayın 2-dək davam edəcək.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.