Siyasət

Cəbhədən YENİ XƏBƏR

19 May 2019 10:42
3 Şərh     Baxış: 508

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şirvanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Melek b · 19 May 11:1140

    Tanri sizleri qorusun Azerbaycan esgeri Amin

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 May 13:0440

      Salam,gözəlim.Necəsən?Bu gözəl duana,ürəkdən "Amin"deyirəm.(****)

      Cavab yaz
      • Anonim
        melek b · 19 May 13:4720

        canim salam cox saq ol |(*********)yaxsiyam saq ol,esgerimiz mezuniyyete gelib.sen necesen|?

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.