Siyasət

Əli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"

18 May 2019 12:34
Baxış: 851

Azərbaycanın iqtisadi inkişaf templəri yüksəlir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-ın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsidir.

Baş nazirin müavini vurğulayıb ki, qeyri-neft sektoru daha yüksək tepmlə inkişaf edir, Azərbaycandan məhsulların, xüsusuilə sənaye məhsullarımın ixracı artır:

"Əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmıt edən adımlar atılıb. Minimum əmək haqları, minimum pensiyalar əhəmiyyətli dərəcədə artıb. İnsanların həyat səviyyəsinin yaxşılaşması istiqamətində ciddi addımlar atılıb. Bütövlükdə artırılan əmək haqları, pensiyalar, müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib. Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb. Bu son artımlar deyil, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.