Siyasət

Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

18 May 2019 10:29
Baxış: 664

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

S.Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.