Siyasət

Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək

17 May 2019 15:25
Baxış: 713

Prezident İlham Əliyev A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Bakı şəhər İcra Hakimiyyəti:

1.1. Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin;

1.2. Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

2.1. Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.