Siyasət

İlham Əliyev Şimali Makedoniyanın yeni Prezidentini təbrik edib

15 May 2019 17:20
Baxış: 329

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.