Siyasət

Paşinyanın Şuşa səfərinə - XİN-dən reaksiya

9 May 2019 21:11
3 Şərh     Baxış: 1 206

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına səfərini şərh edib.

XİN-dən Milli.Az-a daxil olan məlumatda bildirilir ki, Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi  "Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir" kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir:

"Hadisələrin bundan sonrakı mümkün  inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar".

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ell · 10 May 03:0500

    gez gez qarabaqi gez pasinyan ne qeder imkanin var gez vaxt catacaq neyinki qarabaqda irevandada birdenede ermeni diqasi qalmayacaq hesret qalacaqsiz o torpaqlara

    Cavab yaz
  • Anonim
    Bende · 10 May 12:1400

    ne ise adam hirslenir amma neylamali biz ancak daniüirig amma onlar hereket edirler

    Cavab yaz
  • Anonim
    ŞAH · 10 May 14:3730

    BİZİM ÜCÜN BU SƏFƏR TƏHQİRDİR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.