Siyasət

Deputat: "RT telekanalının erməni rəhbərinin məqsədi Rusiyadakı müsəlmanlara qarşı..."

26 Aprel 2019 18:39
Baxış: 1 014

"RT telekanalının erməni rəhbərinin məqsədi Rusiyadakı müsəlmanlara qarşı fikir formalaşdırmaqdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, öz kəskin anti-Azərbaycan, antitürk, antimüsəlman çağırışları ilə məşhur olan RT telekanalının baş redaktoru Marqarita Simonyan növbəti dəfə Rusiya müsəlmanlarını təhqir edib: "Onun sözlərinə görə, əgər heç bir tədbir görülməzsə, heç nə dəyişməzsə, 2040-cı ilə kimi Rusiya tamamilə başqa bir ölkə olacaq, müsəlman ölkəsinə çevriləcək. O, öz fikirlərini "Teleqram"da çap etdirib. Əslində Rusiya lap qədimdən çoxmillətli, çoxkonfessiyalı bir ölkə olub və indi də belədir. Rusiyada çoxlu sayda millətlərin, o cümlədən müsəlman xalqların, etnik qrupların, müxtəlif konfessiyaların nümayəndələri əsrlər boyu mehriban və əmin-amanlıq şəraitində yaşayırlar".

Deputat vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin tarixi də çox qədimdir:

"Ölkələrimiz və xalqlarımız arasında sıx iqtisadi, mədəni əlaqələr mövcuddur. Rusiyada çoxlu sayda azərbaycanlılar, Azərbaycanda isə Ermənistandan fərqli olaraq 100 mindən çox rus yaşayır. Rusiya ilə Azərbaycan arasında, iki ölkə başçısı arasında möhkəm dostluq əlaqələri mövcuddur. Son vaxtlar Rusiya ilə Türkiyə arasında da əlaqələr inkişaf edir.

Sual olunur: niyə erməni millətindən olan Simonyan Rusiyanın gələcəyi üçün belə "canfəşanlıq" edir? Cavab aydındır: onların azərbaycanlılara, türklərə, müsəlmanlara qarşı heç cür gizlədə bilmədikləri kin və nifrət hissi. Məqsəd Rusiyada yaşayan müsəlmanlara qarşı fikir formalaşdırmaqdan ibarətdir. Ancaq sadə rusiyalılar hər şeyi çox yaxşı başa düşürlər və öz gələcəklərini kənardan belə cəfəng ideyalar olmadan da qurmağı bacarırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.