Siyasət

“Baku Network” Ekspert Şurasının direktoru Moskvada keçirilmiş Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edib - FOTO

26 Aprel 2019 16:44
Baxış: 547

Moskvada keçirilmiş 8-ci Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində regionda və dünyada təhlükəsizliyin qorunması və təmin olunması ilə bağlı hərbi və siyasi xarakterli məsələlər nəzərdən keçirilib.

Milli.Az bildirir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, plenar iclaslar zamanı Qərblə Şərq arasındakı qarşılıqlı münasibətlərdə böhran şəraitində təhlükəsizliyin qlobal və regional aspektləri, hərbi qurumların dövlət təhlükəsizliyinə təhdidlərə reaksiyası üzrə fəaliyyətinin xüsusiyyətləri müzakirə olunub:

"Bundan başqa, Afrika, Liviya, Sudan, Suriyadakı vəziyyət, Venesuelada hakimiyyəti dəyişmək cəhdləri və ümumilikdə dünya terrorçuluğu ilə qlobal mübarizə problemləri müzakirə olunub. Amma konfransın gündəliyində lokal münaqişələr, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmayıb. Bununla belə, bu mövzu ikitərəfli görüşlər və Rusiya, ABŞ, Yaponiya, İsveç, Fransa, Serbiya və digər ölkələrdən təhlükəsizlik ekspertləri ilə söhbətlər zamanı müzakirə olunub".

E.Ələsgərov Sülh İnstitutunun direktoru Den Smit, BMT sülhməramlı qüvvələrinin katibi Jan-Pyer Lakrua, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jil Karbonye ilə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin, xüsusilə də erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə BMT-nin dörd qətnaməsinin reallaşdırılması məsələsi müzakirə olunub. Bundan başqa, erməni işğalçıları tərəfindən qanunsuz şəkildə mühakimə olunmuş azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyein azad edilməsi məsələsi də müzakirə mövzusu olub.

Görüşün yekunlarına əsasən, E.Ələsgərov qeyd edib ki, bu gün dünyada Azərbaycanın beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyi böyük anlayış və dəstəklə qarşılanır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.