Siyasət

Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

24 Aprel 2019 19:10
Baxış: 977

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Rusiya XİN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:

"Danışıqlar zamanı ATƏT-in Avro-Atlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.