Siyasət

Aİ və Azərbaycan yeni saziş çərçivəsində ticarət məsələlərini müzakirə edir

24 Aprel 2019 17:34
Baxış: 448

"Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində ticarət məsələləri ilə bağlı müzakirələr keçirilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, müzakirələr Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilir.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə Aİ üzv ölkələri adından danışıqlar aparmağa mandat verib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.