Siyasət

Siyavuş Novruzov: "Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar"

23 Aprel 2019 12:57
Baxış: 830

"Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan sazişlə bağlı yersiz fikirlər səsləndirənlər var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Sazişlə bağlı bəzilərinin tənqidi bəyanatlarla çıxış etdiyini bildirən S.Novruzov söyləyib ki, həmin qüvvələr indiyədək Dağlıq Qarabağla bağlı bir kəlmə belə deməyiblər:

"Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Azərbaycanda gedən islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birilərinə ziyan vuraraq bunu da dövlətin üzərinə atmağa çalışırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.