Siyasət

Deputat: "Ərazi bütövlüyümüz təmin olunmadan jurnalistlərin Ermənistana səfərinin təşkili barədə təkliflər yolverilməzdir"

23 Aprel 2019 13:39
Baxış: 470

"Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsi barədə təkliflər yolverilməzdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, rəsmi şəxslər tərəfindən belə çağırışlar qəbuledilməzdir.

Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib: "Hər zaman demişik ki, sülh danışıqları aparıla bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".

O vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı qüvvələr var: "Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.