Siyasət

Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır - Nazir

20 Aprel 2019 13:39
Baxış: 434

"Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri fatih Dönməz Azərbaycan və Türkmənistan energetika nazirləri ilə üçtərəfli görüşü zamanı deyib.

Nazir vurğulayıb ki, Xəzər hövzəsindən enerji ehtiyatlarının Türkiyəyə də tədarükü çox vacibdir.

Qeyd edək ki, ötən gün İstanbulda Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib.

Görüşdə indiyə kimi Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində keçirilən ardıcıl görüşlər, qəbul edilmiş sənədlər, ortaq regional maraqlar, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə (Lapis Lazuli) nəqliyyat dəhlizi, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Böyük İpək Yolunun bərpası kimi layihələrin üçtərəfli formatda əməkdaşlıq üçün güclü baza formalaşdırdığı qeyd edilib. Bu formatın enerji sahəsində inkişafı perspektivləri nəzərdən keçirilib.

Görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanıb. Sənəddə mövcud əməkdaşlığı bərpa olunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar, təcrübə mübadiləsi sahələrinədək genişləndirmək, hər üç ölkənin neft-qaz sənayesində, enerji sektorunda çalışan şirkətləri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, sərgi, konfrans və seminarların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.