Siyasət

Elxan Ələsgərov: "Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib"

20 Aprel 2019 12:57
Baxış: 1 087

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşması fonunda Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə ziddiyət təşkil edən bəyanatları ilə bir daha dünya ictimaiyyətini yanıltmağa çalışıb.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib ki, əsas məsələ "Artsaxda yaşayan 150 min erməninin təhlükəsizliyidir".

Milli.Az xəbər verir ki, erməni nazirin açıqlamalarını Trend-ə şərh edən "Baku Network" Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov bildirib ki, erməni nazir işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib:

"Birincisi, "Artsax" deyə bir yer mövcud deyil, bütün beynəlxalq sənədlərdə işğal olunmuş Qarabağdan söhbət gedir. İkincisi, bu ərazilərdə 150 min erməni yoxdur. Orada maksimum 50 min nəfər yaşayır ki, onların da əksəriyyəti Ermənistandan olan hərbçilər, o cümlədən Paşinyanın oğludur. Orada əhalinin siyahıya alınması keçirilməlidir. Üçüncüsü, danışıqların təməl nöqtəsi bütün sülh planlarında sözügedən ərazilərin işğaldan azad edilməsidir. Dördüncüsü, orada yaşayan erməni əhali işğal olunmuş əarziləri həbs düşərgələrinə çevirmiş və heç kimə oradan ayrılmağa icazə verməyən rəsmi Yerevanın siyasətinin girovudur. Beşincisi, Mnatsakanyan "Madrid prinsipləri"nə əsasən Qarabağa qayıtmalı olan azərbaycanlı qaçqınları görməzdən gəlir".

Ekspert qeyd edib ki, nifrət və təhdid mühiti işğaldan törəyir və işğal dayandırılmasa, bunu aradan qaldırmaq mümkün deyil:

"Nifrət təkcə Azərbaycana deyil, həm də Türkiyə, Gürcüstan və İrana ərazi iddiaları irəli sürən Ermənistan tərəfindən körüklənir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.