Siyasət

Rusiyalı tarixçi: "Ermənilər qədim keçmişə sahib olmadıqları üçün..."

19 Aprel 2019 12:37
0 Şərh     Baxış: 1 389

"Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda keçirilən konfransda çıxışı zaman deyib.

O qeyd edib ki, hər bir xalq mövcudluğunu davam etdirmək və inkişaf etmək üçün öz ideologiyasını formalaşdırır: "Ona görə də hər bir xalq özünüdərkdən çıxış edərək ya özü üçün tarix yaradır, ya da öz həqiqi keçmişi ilə fəxr etmək və öz gələcəyini qurmaq üçün öz irsini öyrənir".

Tarixçi vurğulayıb ki, ermənilərin qədim keçmişi olmadığı üçün onlar hansısa yolla öz fiziki mövcudluqlarını saxlamaq üçün gələcəklərini qurmaq məcburiyyətində qalırlar və əgər onların başqa cür yaşamaq mexanizmləri yoxdursa, bu, artıq o xalqın taleyi, problemidir, onların ətrafında yaşayanların deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.