Siyasət

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

18 Aprel 2019 17:25
Baxış: 1 182

Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən qanunda 71.2-ci maddə aşağıdakı redaksiyada verilir:

"71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.";

1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin:

"73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.".

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.