Siyasət

Çavuşoğlu: "Bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir"

16 Aprel 2019 10:24
3 Şərh     Baxış: 913

"Bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, buna baxmayaraq Ermənistan işğal etdiyi torpaqları azad etmir.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Afa · 16 Aprel 11:3310

    Ermenistan ordusu yox Rus ordusu terefinden isgal olub Azerbaycan torpaglarimiz. Insallahki geri gayidar torpaglarimiz

    Cavab yaz
  • Anonim
    2x2 · 16 Aprel 12:4010

    Qardaş Türkiyə Azərbaycanın işğalı ilə əlaqədər ermənistanla sərhədi bağlı saxlayıb. Bu sərhəd həm ona görə açılmamalıdır ki, ermənistan Türkiyəni (dövlət kimi), onun sərhədlərini (bütün qonşu ölkələrinki kimi!), ərazisini tanımır, Türklərlə və ümumiyyətlə, Müsəlmanlarla düşmənçilik edir, cəzasız soyqırımlar aparır və yeni soyqırımlar üçün "əlverişli" fürsətlər axarır. Sərhəd Heç Vaxt açılmamalıdır!

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 16 Aprel 12:5730

    HÖRMƏTLİ SAYIN MÖVLUD CAVUŞOĞLU DOĞRU BUYURURSUZ Kİ AZƏRBAYCAN TORPAQLARI ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL OLUNUB VƏ BU İŞĞALI DÜNYA BİRLİYİ TƏSDİQ EDİR BİRLƏŞMİŞ MİLLƏTLƏR BİRLİYİ İŞĞALA GÖRƏ DÖRD QƏTNAMƏ QƏBUL EDİB Kİ ERMƏNİSTAN ORDUSU AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏN CIXSIN.SAYIN MÖVLUD CAVUŞOĞLU ƏZİZ QARDAŞIMIZ İŞĞALCI ERMƏNİSTAN ORDUSUNUN AZƏRBAYCAN TORPAQLARINDAN CIXARILMASINDA QARDAŞ TÜRKİYƏ OLARAQ BİZƏ YARDIM EDİN BABA--İRAN RESPUBLİKASI DA QARDAŞ ÖLKƏ OLARAQ BİZƏ YARDIM ETMƏLİDİR. RUSİYA ERMƏNİLƏRƏ YARDIM EDİRSƏ RUSİYAYA DEMƏK LAZIMDIR Kİ BU YOLDAN CƏKİLSİN RUSİYA CƏKİLSƏ ERMƏNİ YERİNƏ OTURACAQ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.