Siyasət

Əli Həsənov: "İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil"

15 Aprel 2019 14:17
Baxış: 1 064

"Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransına həsr olunmuş mətbuat konfransında deyib.

Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib".

Ə.Həsənov vurğulayıb ki, məsələ ilə bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Baş nazirin müavini mətbuat konfransında Bakıda apteklərdə psixtrop tərkibli dərmanların satılması ilə bağlı sualı cavabında isə deyib ki, bunun qarşısı almaq üçün ciddi tədbirlər görülüb və bu gün elə bir şey mümkün deyil.

Ə.Həsənov qeyd edib ki, əvvəllər belə hal qeydə alınsa da, bu gün həmin faktlara rast gəlinmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.