Siyasət

Azərbaycanda gənclər turizm sahəsində işlə təmin olunacaq

14 Aprel 2019 08:54
Baxış: 1 110

Bakıda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə turizm sahəsində gənclərin məşğulluğu məsələlərinin həlli məqsədi ilə əmək yarmarkası keçirilib.

Milli.Az bildirir ki, yarmarka barədə Trend-ə Assosiasiyanın rəhbəri Səkinə Babayeva məlumat verib.

Onun sözlərinə görə, yarmarka "Gənclərin həmrəyliyinə dəstək" İctimai Birliyinin reallaşdırdığı gənclər layihəsi çərçivəsində keçirilib:

"Yarmarka gənclər arasında böyük marağa səbəb olub. Bu cür tədbirlər keçirməklə gənclərə işədüzəlmə ilıə bağlı onları maraqlandıran məlumatlar təqdim olunur".

S.Babayeva bildirib ki, yarmarka Azərbaycanda biznes mühitinin yaxşılaşmasında turizm sahəsinin rolunun gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, əmək yarmarkası aprelin 12-13-də "Aqro Mall" ticarət mərkəzində keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.