Siyasət

Aİ Azərbaycan qazının Bolqarıstana nəqli layihəsinə vəsait ayrılmasına razılıq verib

3 Aprel 2019 14:02
Baxış: 526

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib.

Milli.Az bu barədə Trend-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, vəsait Yunanıstanın Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora şəhəri arasında 182 kilometrlik trans-sərhəd qaz magistralının tikintisinə yönəldiləcək:

"IGB ümumi maraq kəsb edən Avropa layihəsidir. İki ölkənin qaz sistemləri ilk dəfə birləşəcək və bu, regionda enerji mənbələrini şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq. Qaz bazarında rəqabətin artması ilə istehlakçılar daha ucuz qaz ala biləcəklər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.