Siyasət

Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib

22 Mart 2019 11:17
Baxış: 703

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi qardaş xalqlarımızın iradəsini əks etdirir.

Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.