Siyasət

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib - FOTO

20 Mart 2019 18:50
Baxış: 810

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.

Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib.

Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.