Siyasət

AŞ PA məruzəçiləri Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

19 Mart 2019 18:31
Baxış: 562

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçiləri məhkum olunmuş şəxslərin Azərbaycanda Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq əfv olunmasını alqışlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, AŞ PA-nın məruzəçisi Sunna Evarsdottir məhkum olunmuş bir sıra şəxslərin humanizm nümayiş etdirilərək əfv olunması barədə Prezident İlham Əliyevin qərarını alqışladığını bildirib.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.