Siyasət

Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb

17 Mart 2019 12:05
Baxış: 321

Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikası, Argentina Respublikası, Uruqvay Şərq Respublikası və Paraqvay Respublikasına rəsmi səfərə yola düşdü. Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.