Siyasət

Lalə Şövkətdən prezidentin əfv sərəncamına reaksiya

16 Mart 2019 23:57
Baxış: 5 857

Uzun müddətdir siyasi arenadan uzaqlaşan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibətini bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Lalə Şövkətin sərəncamla bağlı fikirlərini partiyanın sədri Əvəz Temirxan sosial şəbəkə hesabından paylaşıb:

"Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi".

Xatırladaq ki, prezidentin bu gün  imzaladığı sərəncamla 399 nəfər azadlığa çıxıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.