Siyasət

"Prezidentin əfv Sərəncamı xaricdə yaşayan soydaşlarımız tərəfindən də rəğbətlə qarşılanıb" - Professor Adil Allahverdiyev

16 Mart 2019 23:47
0 Şərh     Baxış: 1 689

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən də böyük rəğbət və ehtiramla qarşılanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləriTürkiyədə fəaliyyət göstərən soydaşımız professor Adil Allahverdiyev deyib.

Dövlətimizin başçısının Novruz bayramı ərəfəsində belə bir humanist addım atmasını Azərbaycanda vətəndaş cəmiyyətinin ən dəyərli nümunəsi kimi qiymətləndirən professor deyib: "Azərbaycan hüquqi dövlətdir. Cinayət, qanun pozuntusu varsa, cəza da olmalıdır. Bağışlamaq isə ədalətin ən ali zirvəsidir. Novruz günlərində əfv olunanların ailələrinə, onların bütün doğmalarına bəxş olunan sevinc bütövlükdə cəmiyyətimizə əsl bayram hədiyyəsidir

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.