Siyasət

" Ölkə Prezidentinə təşəkkür edirəm" - Sahib Məmmədov

16 Mart 2019 22:25
Baxış: 627

"Bu, dünyada nadir hallarda baş verə bilən və fərdlərə tətbiq edilən humanizm aktıdır"

Milli.Az musavat.com-a istinadən bildirir ki, hüquq müdafiəçisi Sahib Məmmədovun dediyinə görə, son 10 ayda ölkə prezidenti İ.Əliyev iki əvf sərəncamı imzalamaqla 1065 nəfəri əvf edib: "24 may 2018-ci ildə əvf olunanların sayı 634 nəfər idi. Əvf bir insitut olaraq iki hüququ əhatə edir. Biricisi cəza çəkən şəxslərin bağışlanması üçün müraciət hüququdursa, ikincisi bağışlamaq hüququdur. İkinci hüququ müstəsna hüququdr və bir qayda olara dövlətlərin ali rəhbərinə məxsus olur. Prezident İlham Əliyev bu müstəsna Konstitutsion hüququndan maksimum istifadə edir. Mən bir insan hüquqlarını müdafiə edən şəxs kimi bunu alqışlayıram. Nəzərə almalıyıq ki, cəza almış şəxslərin vaxtından əvvəl və ya heç cəzasını çəkməyə bağlamadan azad edilməsi ilə bağlı digər bir institut da var. Bu da Amnistiya aktıdır. 1995-ci ildən indiyədək 11 dəfə Amnistiya Haqqında qanun qəbul olunub və bu akt 117 000 nəfəri əhatə edib ki, onlardan da 30 000 nəfəri bilavasitə azadlıqdan məhrum olunmuş şəxslər olub. Prezidentin 10 fevral 2017-ci il tarixli cəza sisteminin humanistləşdirilməsi ilə bağlı məşhur sərəncamından sonra cinayət qanunvericiliyində bəzi cəzaların dekriminallaşdırılması 10 000-ə yaxın şəxsə şamil olunub. Ədliyyə Naziriyində QHT-lərin də təmsil olunduğu komissiyanın tövsiyəsi ilə məhkəmələr tərəfindən minlərlə şəxs vaxtından əvvəl şərti azad edilib. Mən azadlığa qovuşanları təbrik edirəm. Ölkə Prezidentinə isə təşəkkür edirəm".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.