Siyasət

"Əfv sərəncamları dövlətçiliyimizin gözəl atributuna çevrilib" - Millət vəkili

16 Mart 2019 20:32
Baxış: 395

Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ölkə rəhbərinin humanizminin, humanizm siyasətinin növbəti göstəricisidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, 400-dən çox məhkumun əfv edilməsi və onlarla bağlı olan yüzlərlə ailənin, minlərlə insanın Novruz bayramı günlərində sevindirilməsi bir daha ölkə başçısının hər bir azərbaycanlının probleminə necə diqqətlə yanaşdığını göstərir:

"Yüzlərlə insanın vaxtından əvvəl azadlığa buraxılması onlara verilən yeni bir şansdır. Bu, onlara öz səhvlərindən nəticə çıxarmaq üçün həm də unikal imkan yaradır. Ümumiyyətlə, xalqımız üçün əziz, müqəddəs olan bayramlar ərəfəsində belə sərəncamların verilməsi dövlətçiliyimizin gözəl atributuna çevrilib. Fərmanın imzalanmasından keçən bir neçə saat ərzində onun insanlarımız tərəfindən sevinclə qarşılanması, ciddi müzakirə edilməsi özü böyük bir hadisədir, göstəricidir. Buna görə bir daha cənab prezidentimizə öz dərin minnətdarlığımızı bildiririk".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.