Siyasət

Müxalifət lideri əfv sərəncamını alqışladı

16 Mart 2019 20:29
Baxış: 1 387

Sabiq deputat, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn das Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını alqışlayıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, müxalifət partiyasının sədri bu barədə Facebook-dakı şəxsi səhifəsində fikirlərini bölüşüb:

"Gözəl xanım Bayramlı daxil olmaqla bu gün azadlığa çıxan bütün məhbuslara "həmişə azadlıqda" deyirəm. Bu anda heç bir əlavə şərh vermədən bir qrup məhbusun azad olunması addımını alqışlayıram. Allah qalanlarının da və ümumiyyətlə, bütün bağlı qapıları açsın!", - P.Hüseyn qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.