Siyasət

Azərbaycan namizədi İƏT-də komissiyaya üzv seçilib

15 Mart 2019 23:30
Baxış: 794

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata əsasən, bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

Qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.

Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.