Siyasət

Deputat: "Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan daha da güclənib"

15 Mart 2019 16:51
Baxış: 688

Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir. M.Qasımlı ötən il dəmir yolu sisteminin inkişafında görülən işlərə də diqqət çəkib:

"Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı".

Kəndlərdə qızların təhsilə cəlbi ilə bağlı problemlərin olduğunu deyən deputat təklif edib ki, hər bir kənddə qadın müəllim olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq.

Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsinə toxunan M.Qasımlı bildirib ki, təhsilin keyfiyyətinə fikir vermək lazımdır: "Bundan başqa elmi şuraların həmsədrlərində dəyişiklik edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu Azərbaycan elminə ayıbdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.