Siyasət

Dmitri Savelyev: "Ermənistan rəhbərliyi danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir"

15 Mart 2019 15:49
1 Şərh     Baxış: 635

"Dağlıq Qarabağ münaqişəsi zamanında qəbul olunmuş qərarlar əsasında həll olunmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu VII Qlobal Bakı Forumunda iştirak edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə deyib.

Deputat xatırladıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının mərhələli şəkildə qaytarılmasını, daha sonra qaçqınların Qarabağa qayıtmasımı və Dağlıq Qarabağın taleyinin müəyyən olunması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri, "Kazan formulu", 5+2 prinsipi mövcuddur.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları uzatmağa, bu prosesə üçüncü tərəfi, qondarma rejimin nümayəndələrini cəlb etməyə və bununla da danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir:

"Hesab edirəm ki, Rusiya öz növbəsində ATƏT Minsk qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha fəal işləməlidir".

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ibrehim · 17 Mart 11:0900

    Ermeni digasi hokumetimizi qorxaq adlandırıb, hani bizim güclü ordumuz???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.