Siyasət

Azərbaycanla Kamboca arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

14 Mart 2019 23:34
0 Şərh     Baxış: 153

Azərbaycan və Kamboca arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Oç Borit rəhbərlik ediblər.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə ediblər və bu xüsusda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi aparıblar.

Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmalı addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.