Siyasət

Rusiyada azərbaycanlı deputat vəzifəsindən getdi - Təqaüdçüləri təhqirə görə

14 Mart 2019 21:26
1 Şərh     Baxış: 2 011

Volqoqrad vilayət Dumasının azərbaycanlı millət vəkili Həsən Nəbiyev deputatlıq mandatından məhrum edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, deputat "Vahid Rusiya" partiyasından da xaric edilib. Buna səbəb Nəbiyevin təqaüdçülər haqqında səsləndirdiyi fikirlərdir. Belə ki, millət vəkili 8 min rubl təqaüd alan insanları müftəxor və əyyaş adlandırmışdı. H.Nəbiyev daha sonra bu sözlərinə görə üzr istəsə də, partiyalı həmkarları da ona qarşı sərt mövqedə olub.

Deputatın sözləri martın 10-da volqoqradlıların etiraz aksiyasına səbəb olmuşdu. Nəbiyev deputatlıq səlahiyyətlərinə son verilməsi üçün Dumaya ərizə ilə özü müraciət edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.