Siyasət

Rosen Plevneliev: "Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb"

14 Mart 2019 15:55
0 Şərh     Baxış: 572

"Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb və mən də bu forumun bir iştirakçısı olduğum üçün çox şadam".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bolqarstanın keçmiş prezidenti Rosen Plevneliev deyib.

R.Plevneliev qeyd edib ki, forumda hazırki, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir və dünya üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Keçmiş prezident vurğulayıb ki, Azərbaycan regionda mühüm rol oynayır:

"Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən məmnundur. Artıq Qlobal Bakı Forumu xeyli inkişaf edib və dünyada mühüm bir platformaya çevrilib".

Qeyd edək ki, bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.