Siyasət

Danilo Türk: "Qlobal Bakı Forumu çox səmərəli platformaya çevrilib"

14 Mart 2019 15:38
Baxış: 172

"Qlobal Bakı Forumu ildən-ilə inkişaf edərək çox səmərəli platformaya çevrilib".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Sloveniyanın keçmiş prezidenti Danilo Türk deyib.

D.Türk qeyd edib ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır:

"Builki forum irəli atılan daha bir addımdır və xarici siyasətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradıb".

Keçmiş prezident əlavə edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun qurulması istiqamətində çox gözəl işlər görür:

"Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan hətta kilsələrin bərpa olunmasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür".

Qeyd edək ki, bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.