Siyasət

İsmail Serageldin: "VII Qlobal Bakı Forumu çox böyük beynəlxalq auditoriya cəlb edib"

14 Mart 2019 13:08
Baxış: 134

VII Qlobal Bakı Forumu çox böyük beynəlxalq auditoriya cəlb edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin deyib.

O bildirib ki, budəfəki forumda bir sıra ölkələrin dövlət və hökumət başçıları, həmçinin sabiq prezident və baş nazirlər iştirak edirlər: "Foruma nüfuzlu ekspertlər də qatılıb, onlarla daha yaxşı gələcəyin qurulması ilə bağlı atılacaq addımlar müzakirə olunacaq. Biz xarici siyasət məsələlərini müzakirə etmək üçün buradayıq".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri vurğulayıb ki, hər bir ölkə nəinki qonşu ölkələrə, həmçinin təbiətə münasibətdə siyasətini formalaşdırmalıdır: "Məsələn, iqlim dəyişiklikləri ilə mübarizə üzrə siyasət".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.