Siyasət

"Mənim fikirlərimi bilərəkdən başqa istiqamətə yönəltməyə çalışırlar" - Aydın Hüseynov

13 Mart 2019 16:45
Baxış: 1 150

Milli Məclisin deputatı Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında şirin su mənbələrinin, meşələrin qorunub saxlanması ilə bağlı fikirlərini səsləndirib.

Milli.Az xəbər verir ki, A.Hüseynov Trend-ə açıqlamasında deyib ki, o, dərələrin qurumaması üçün şirin su mənbələrindən səmərəli istifadə edilməsi ilə bağlı öz fikirlərini bildirib:

"Lakin yenidən şou yaradanlar, Azərabaycan ziyalılarını, deputatları nüfuzdan salmağa çalışanlar mənim fikirlərimi bilərəkdən başqa istiqamətə yönəltməyə çalışırlar. Guya mən bulaq suyundan istifadənin qadağan edilməsini təklif etmişəm. Burada söhbət şirin suların, bulaqların qorunub saxlanması, dərələrin qurumasının qarşısının alınmasından gedir. Mən bildirmişəm ki, dərələrin qurumasının qarşısının alınması, şirin su mənbələrinin qorunması məqsədilə bu mənbələrdən səmərəli istifadə olunsun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.