Siyasət

Ziyafət Əsgərov: "Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir"

12 Mart 2019 15:21
Baxış: 915

"Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistan tərəfindən narahatlıq doğurmasına münasibət bildirərkən deyib.

Z.Əsgərov qeyd edib ki, bu hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunur, plan əsasında həyata keçirilir: "Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə, hərbi təlimlər keçirə bilər. Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik".

I vitse-spiker vurğulayıb ki, Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir: "Digər tərəfdən, Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.