Siyasət

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

12 Mart 2019 09:45
2 Şərh     Baxış: 394

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Şirvanlı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Mart 09:4741

    Allah Meleyimin qardasin ve bütün Azerbaycan əsgərlərin qorusun Amin ! Yel cersenbeniz mubarek olsun eziz olsunnn Esgerlerrr Men siziii coxxxx isteyiremmmm.

    Cavab yaz
    • Anonim
      melek b · 12 Mart 10:5330

      can Esra 100 kere Amin |******) tew.gozel qiz

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.